İlham Əliyev Səudiyyə Ərəbistanı kralına məktub göndərdi

sen-22
12:23 2020
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrikdə dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinin məmnunluq doğurduğu qeyd edilir.

Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər