Naxçıvanda komandirlər toplandı - VIDEO

sen-22
11:36 2020
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən Ölkə.Az-a verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə, bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib. Toplantının 3-cü günündə hərbi hissələrin komandirlərinin və digər vəzifəli şəxslərinin cəlb edilməsi ilə “Müdafiənin təşkilində mövcud problemlər və onların aradan qaldırılması” mövzusunda konfrans keçirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər