Ağsuda mini futbol idman növü üzrə 16 - 29 yaş gənclər arasında rayon turniri keçirildi

sen-22
10:54 2020
Xeberci.info xəbər verir ki, Ağsu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Könüllülər Kubokunun proqramına daxil olan mini futbol idman növü üzrə 16 - 29 yaş gənclər arasında rayon turniri keçirildi. Turnir “COVİD - 19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə açıq hava şəraitində, 18 sentyabr 2020 - ci il tarixdə Ağsu şəhər 4 saylı tam orta məktəbdə baş tutan turnirə 19 sentyabr 2020 - ci il tarixdə yekun vuruldu. İdarənin rəis müavini - İdman Könüllüləri İctimai Birliyinin Ağsu rayon üzrə nümayəndəsi Rəşad Osmanov turnirin açılışını edərək, yarış iştirakçılarını Könüllülər Kuboku proqramına daxil olan idman növləri və yarışın qaydaları haqqqında ətraflı məlumatlandırdı. Kubokun keçirilməsində əsas məqsəd könüllü təşkilatlarda fəaliyyət aparan gəncləri müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyəti artırmaq və s. ibarət olmuşdur. Yarışda 8 komandadan ümmilikdə 81 könüllü iştirak etdi. I yerə şəhər 2 saylı tam orta məktəbin həvəskarlardan ibarət komandası , II və III yerlərə isə müvafiq olaraq Ağsu rayon DYMH - nin və Ağsu City klubun könüllülərdən ibarət komandaları layiq görülmüşdür. Yarışın qalibləri kubok və diplomlarla mükafatlandırıldı.

Ağsuda mini futbol idman növü üzrə 16 - 29 yaş gənclər arasında rayon turniri keçirildi
Ağsuda mini futbol idman növü üzrə 16 - 29 yaş gənclər arasında rayon turniri keçirildi

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər