Koronavirus ola-ola marketdə satıcı işlədiyi məlum oldu

sen-02
11:46 2020
Qaradağ Rayon Polis İdarəsinə “Covid-19” infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Rayon sakini Esmira Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb.

Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.

E.Nəbiyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.

Koronavirus ola-ola marketdə satıcı işlədiyi məlum oldu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər