“SNN NEWS.AZ” İnformasiya Agentliyinin xəbər saytında Səmədov Cəlal Bağı oğlunun müraciəti ilə bağlı yayımlanmış məqaləyə T Ə K Z İ B

sen-02
11:19 2020
“SNN NEWS.AZ” xəbər saytının 28 avqust 2020-ci il tarixli, “Ağsu sakini Prezidentə müraciət edir” başlıqlı məqalədə Səmədov Cəlal Bağı oğlu 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Ağsu şəhəri, Koroğlu küçəsi, 9 ünvanındakı fərdi yaşayış evinə ziyan dəydiyini, lakin bununla bağlı müracətlərinə baxılmadığını və ona heç bir köməklik göstərilmədiyini bildirmişdir.

C.Səmədovun müraciəti tərəfimizdən araşdırılmışdır. Məlum olmuşdur ki, 05 fevral 2019-cu il tarixdə bölgədə baş vermiş zəlzələnin nəticəsinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən C.Səmədovun yuxarıda göstərilən ünvandakı evinə baxış keçirilmiş və qəzalı ev kimi qeydə alınmışdır.

Komissiya tərəfindən həmin evə təkrar baxış keçirilərkən orada yaşayış olmadığı, evin istifadəsiz, atılmış vəziyyətdə olması, həmçinin C.Səmədovun uzun illər bundan əvvəl daimi yaşamaq məqsədi ilə Bakı şəhərinə köçdüyü və orada yaşadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin evdə işlərin görülməsindən imtina edilmişdir.

Nəzərinizə çatdırırıq ki, C.Səmədovun Ağsu Rayon İcra Hakimiyyətinə daxil olmuş eyni məzmunlu ərizəsinə baxılmış və ona 29.04.2019-cu il tarixdə qanunamüvafiq cavab verilmişdir.

Ağsu Rayon İcra Hakimiyyətində müraciətinə laqeyid yanaşılması barədə vətəndaş C.Səmədovun məqalədə bildirdiyi fikirlər həqiqətə uyğun deyil və tələbi əsassızdır.

Odur ki, Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər