Maskaların ölkədən aparılmasına qoyulan qadağa götürüldü

sen-01
14:06 2020
Baş Nazir Əli Əsədov “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərarı imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, “sentyabrın 1-dək” sözləri “noyabrın 1-dək” sözləri ilə əvəz edilib.

Həmin qərara əlavə – “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı” üzrə “Malın adı” sütununda “3001 və 3006 mal mövqelərində” sözləri “3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində” sözləri ilə əvəz edilib.

“Malın adı” sütunundan “maskalar və” sözləri çıxarılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər