TƏKZİB - Ağsu şəhər

avq-31
09:36 2020
“Dünya" İnformasiya Agentliyinin xəbər saytında Ağsu şəhər sakinləri Nağıyev Elşən Abdulla oğlu, Nemətova Dilarə Çoban qızı və Ağsu rayonunun Gursulu kənd sakini Mirzəxanov Samir Osman oğlunun müraciətləri ilə əlaqədar dərc olunmuş məqaləyə

TƏKZİB


"Dünya" İnformasiya Agentliyinin xəbər saytında dərc olunmuş məqalədə Ağsu şəhər sakinləri Nağıyev Elşən Abdulla oğlu, Nemətova Dilarə Çoban qızı və rayonunun Gursulu kənd sakini Mirzəxanov Samir Osman oğlu 05.02.2019-cu ildə baş vermiş təbii fəlakətdən sonra evlərinə zəlzələdən dəyən ziyanla əlaqədar dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmadığını qeyd etmişlər.
Müraciət tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, Ağsu şəhəri, Babək küçəsi 7 nömrəli ünvanda Elşən Nağıyev anası - Nağıyeva Giləxanım Alı qızı ilə birlikdə yaşadığı evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilərək təmirə ehtiyacı olan ev kimi qeydə alınmışdır.
FHN-nin “Azkommunlayihə” İnstitutu tərəfindən G.Nağıyevanın adına tərtib olunmuş smetaya uyğun olaraq razılıqları əsasında evdə təmir işlərinə başlanılmış, nəzərdə tutulan işlərin bir hissəsi görüldükdən sonra E.Nağıyev təmirdən imtina edərək evin sökülüb yenidən tikilməsini tələb etmişdir. Bu səbəbdən də podratçı təşkilat tərəfindən işlər dayandırılmışdır. E.Nağıyevlə dəfələrlə söhbətlər aparılmasına baxmayaraq təmir işlərindən imtina edir. (fotoşəkillər əlavə olunur)
D.Nemətovanın Ağsu şəhəri S.Quliyev küçəsi ev 5/10 ünvanında yaşadığı evə FHN-nin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və təmirə ehtiyacı olan ev kimi qeydə alınmışdır. FHN-nin “Azkommunlayihə” institutu tərəfindən D.Nemətovanın evinin təmiri üçün smeta sənədləri tərtib edilərək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qiymətqoyma Mərkəzinə təqdim olunmuşdur. Smeta sənədləri qiymətləndirilərək RİH-nə təqdim olunduqdan sonra podratçı təşkilat tərəfindən D.Nemətovanın evində təmir işlərinə başlanılacaqdır.
Ağsu rayonunun Gursulu kənd sakini Mirzəxanov Samir Osman oğlunun müraciəti ilə bağlı bildiririk ki, 05.02.2019-cu ildə baş vermiş zəlzələ ilə əlaqədar edilmiş müraciətlərə 01.06.2020-ci il tarixə kimi baxılmışdır. S.Mirzəxanov həmin tarixdən sonra müraciət etdiyi üçün onun evinə baxış keçirilməmişdir.
Əlavə olaraq bildiririk ki, vətəndaşların Rayon İcra Hakimiyyətinin fəaliyyəti haqqında sayta bildirdikləri fikirlər həqiqətə uyğun deyil, eləcə də Ağsu RİH qarşısında tələbləri əsassızdır.
Odur ki, Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti


TƏKZİB - Ağsu şəhər
TƏKZİB - Ağsu şəhər

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər