Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır

avq-27
11:10 2020
Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.
“Report”un xəbərinə görə, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.

Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.
Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.

Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb və tətilə (iyunun 15-dək) dərslər onlayn qaydada keçirilirdi.

Ölkənin digər ümumtəhsil məktəblərininin tədris prosesinə sentyabrın 15-də başlayacağı gözlənilir. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələ ki, yekun qərar verilməyib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər