Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - Fotolar

avq-13
10:06 2020
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkarlıqla məşğul olan, “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin daha iki üzvünün yaxalanması istiqamətində Odessada xüsusi əməliyyat keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Təcili istintaq və əməliyyat tədbirlərinin nəticələrinə görə, kəşfiyyatçılar daha əvvəl bir sahibkarın qarət edilməsi, soyulması və qaçırılması ilə əlaqəli olan qrupun daha iki fəal üzvünü müəyyənləşdiriblər. Bu gün əməliyyatçılar tərəfindən Odessa şəhərində sahibkarların fəaliyətinə müdaxilə edənlər saxlanılıb”,- deyə məlumatda qeyd olunub.

Saxlanılan hər iki şəxs Ukrayna Cinayət Məcəlləsinin 187 (soyğunçuluq) və 146 (qanunsuz həbs və ya qaçırma) maddələri üzrə cinayət törətməkdə ittiham olunurlar.


Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - FotolarUkraynada “Lotu Quli”nin adamları saxlanıldı - Fotolar

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər