Yevlax “Mero”sundan şikayət

avq-12
14:13 2020
Ucar rayonu Qulabənd kənd sakini Şıxəliyev Rauf Variz oğlu tərəfindən Sozcu.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

ŞİKAYƏT ƏRİZƏSİ

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənov 37 manat dövlət rüsumu olan avtomobilin başqa şəxsin adından öz adıma qeydiyyata aldırmaq üçün məndən məcburi olarq 200 manat aldı. Belə ki, mənə məxsus olan “Mersedes BENZ” C 180 markalı 99 KT 541 dövlət nömrə nişanlı avtomobilimi Sumqayıt şəhər sakininin adından öz adıma qeydiyyata aldırmaq üçün 10 avqust 2020-ci il tarixdə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə getdim. Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov mənə bildirdi ki, yeni rusumlara görə avtomobilin qeydiyyatı 200 manatdır.

Mən qeydiyyata görə dövlət rusumunun 17 və texniki baxışın isə 20 manat olmasını Yemar Həsənova bildirdikdə, qışqıraraq dedi ki, 37 manat rüsum 1937-ci ildə olub, idi indi 2020-ci ildir, yeni rüsumlar var.

Mən məcbur olub 200 manat dövlət rüsumu adı ilə pulu əlbə-əl Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənova verdim.

Sonradan gəlib öyrəndim ki, avtomobilin qeydiyyatı 17 manat, texniki baxışı isə 20 manat təşkil edir.Məndən isə 200 manatı təkçə avtomobilin öz adıma qeydiyata aldırmaq üçün aldı, ancaq texniki baxış keçirmədi.Texniki baxış üçün isə əlavə 55 manat rüsum adı ilə pul istədilər.

Bütün bu prosesləri videolentə aldım ki, bu vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər. Çünki Yelmar Həsənov orada 6 nömrəli kabinetdə oturub bu minvalla camaatı soymaqla məşğuldur.O bu yolla hər gün külli miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ və TBŞ-yə hər gün yüzlərlə insan gəlir. Onlar bu formada soyulub talan edilir.

Tanıyanlar deyir ki, Yelmar Həsənovun bahalı avtomobilləri, şadlıq sarayları, ticarət obyektləri, mənzilləri və mal-qoyun fermaları var.O bu qədər var dövləti
6 nömrəli kabinetdə camaatı soymaqla əldə etmişdir.

Bu adam açıq-aşkar cinayət əməli ilə məşğul olsada barəsidnə heç bir tədbir görülmür.
Mən Yelmar Həsənovun cinayət əməli barədə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyətı orqanlara şikayət ərizələri ilə müraciət edəcəm. Əlimdə olan video görüntüləri də aidiyyəti orqanlara təqdim edəcəm. Bu şəxsin fəaliyyətinin araşdırılıb tədbir görülməsinə zərurət var.

Həmçinin mətbuat vasitəsi ilə də Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edib xahiş edirəm Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənovun korrupsiya əməlləri araşdırılsın barəsidnə ciddi tədbirlər görülsün.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər