Musa Şəkiliyev: Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi

avq-12
10:23 2020
Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirib

Baş Nazir Əli Əsədovun sədrliyi ilə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Respublika videokonfransı keçirilmişdir.
Videokonfransdan irəli gələn məsələlərin həlli ilə əlaqədar 10 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin sədrliyilə inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirilmişdir.
Müşavirədə COVID-19 pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və müvafiq tapşırıqlar verilmişdir.

Şəhərdaxili yollar asfaltlaşdırılır

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində, o cümlədən rayonumuzda da həyata keçirilən abadlıq-quruculuq işləri ildən-ilə geniş vüsət alır.
Şəhərin daxili küçələrinin asfaltlaşdırılması istiqamətində də işlər davam etdirilir. Aparılan abadlıq-quruculuq işləri çərçivəsində artıq Məmməd Rahim küçəsinə asfalt örtüyü qoyulub.
M.Ə.Sabir, S.C.Pişəvəri, M.Maqomayev, İ.Abdullayev küçələrində, habelə C.Cabbarlı küçəsində yerləşən döngələrdə də abadlıq və asfalt örtüyünün qoyulması üçün hazırlıq işləri davam etdirilir.

Rayonumuzun iki kəndində modul tipli məktəb binaları quraşdırılır

Musa Şəkiliyev: Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi


Rayonun Amanlı və Aşağı Malax kəndlərində qəzalı vəziyyətdə olan ibtidai və ümumi orta məktəblər üçün quraşdırılan 20 və 40 şagird yerlik modul tipli məktəb binalarında tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda hər iki binada son tamamlama işləri görülür.
İndiyədək rayonun Çinarlı, Qapıçay, Qaradolaq, Qarabaldır, Əmircan və Fıstıqlı kəndlərində də modul tipli məktəb binaları quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Ümumiyyətlə, son illər rayonumuzda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində davamlı işlər görülür. Belə ki, rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir olunub, 8 kənd məktəbi üçün modul tipli bina quraşdırılıb.

Musa Şəkiliyev: Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi


Musa Şəkiliyev: Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi


Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev - Azərbaycan demokratiyanın, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı tempinə və digər müsbət məsələlərdə dünya praktikasından yararlanmaqla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə özünü ən yeni səviyyəyə çıxarmışdır . Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu araşdırma mərkəzləri tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalq və hakimiyyət birliyinə görə dünya dövlətləri arasında ön sıralardadır.

Musa Şəkiliyev: Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi


Aparılan demokratik islahatlar, insan haqlarının daim ön planda saxlanılması, ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. Bu istiqamətdə görülən işlərin davamı xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, Azərbaycanda demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir.Maddi rifah halı daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur.

Ölkədə təhsil, səhiyyə və digər sahələrdə də böyük işlər görülmüşdür. Xarici siyasət sahəsində atılan uğurlu addımlar sayəsində Azərbaycanın beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmişdir. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə səbəb olmuşdur. Elə buna görə də postsovet məkanında Azərbaycan xalq tərəfindən hakimiyyətin siyasətinin dəstəklənməsinə görə lider mövqedən çıxış edir və bunu nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmalar da təsdiq edir.

Pandemiyaya qarşı aparılan mübarizədə görülmüş işlərin müsbət nəticəsi göz qarşısındadır

Bütün dünyanı bürüyən koronavirus (COVİD 19) pandemiyası başlanan ilk gündən ölkəmizdə pandemiyanın mənfi nəticələrinin qarşısının alınması üçün gərgin mübarizə aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 avqust 2020-ci il tarixində keçirdiyi "Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyət"lə bağlı müşavirədə koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə edildiyi qeyd edilmişdir. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Müşavirədə cənab Prezident demişdir: "Koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi problemdir. Pandemiya bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər