Banklarla bağlı Nazirlər Kabinetinə təklif

dek-26
14:43 2015
Banklarla bağlı Nazirlər Kabinetinə təklif



















Yaxın günlərdə əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd ləğv ediləcək

Bu barədə təklifi Banklar Assosiasiyası Nazirlər Kabinetinə təqdim edib. Hazırda banklarda illik 12% dərəcəsi ilə və 30 min manatadək yerləşdirilən əmanətlər qorunan əmanətlər hesab olunur. Təklif qəbul edildikdən sonra isə 30 min manatlıq hədd aradan qalxacaq. Bundan sonra müştərilər istənilən həddə banka qoyacağı əmanət dövlət tərəfindən sığortalanmış olacaq.

Belə bir təklifin gerçəkləşməsinin Azərbaycanın bank sektorunda likvidlikliyi artıracağı gözlənilir. Güman edilir ki, bankların müştərilərə kredit verməsi imkanları genişlənəcək. Bildiyimiz kimi, banklar müştərilərə kreditləri əsasən əmanətlər hesabına verir. Bundan əlavə, əhalinin bank sektoruna olan inamsızlığı da bir növ aradan qalxmış olar.

Xatırladaq ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov mətbuata açıqlamasında da yaxın gələcəkdə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ləğv ediləcəyini bildirmişdi. Yəni, istənilən faiz dərəcəsi ilə banka yerləşdirilən bütün əmanətlər sığotalanmış olacaq. Sadəcə Fondun müyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət qəbul edən banklar buna görə əlavə komissiya haqqı ödəyəcəklər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər