Ağsu Rayon Mərkəzi Xəstəxanası yeni inkişaf mərhələsinə qədəm qoyub - ÖZƏL

avq-08
09:33 2020
1 yanvar 2020-ci ildən etibarən Ağsu rayonunda İcbari Tibbi Sığorta həyata keçirilməyə başlanılıb. Ağsu RMX-da bununla bağlı xüsusi qeydiyyat şöbələri yaradıldı və tibb işçilərindən müəyyən qruplar vətəndaşları məlumatlandırmaq, bildiləndirmək üçün ayrıldı. İstənilən Ağsu rayon qeydiyyatında olan vətəndaş yaxınlaşaraq xidmətlərdən yararlana bilər. Bütün xəstələrə istər qeydiyyat şöbələrində istərsə də həkim qəbulunda diqqətlə qulaq asılır və lazimi müayinələr aparılır. Tam şəffaf həyata keçirilən həkim müayinəsində heç kim vətəndaşlardan pul tələb etmir. Xəstəxananın baş həkiminin müavini Əli Hüseynov şəxsən özü xəstələrin qəbuluna, onlara dövlətin ayırdığı pulsuz dərmanların düzgün verilməsinə nəzarət edir. Tez tez qəbulunda olan xəstələri səbrlə və diqqətlə dinləyir onlara lazımı köməklik göstərilməsini təmin edir.
Son dönəmlər ölkəmizdə və dünyada yayılan COVİD19 pandemiyası dövründə də Ağsu RMX-nın bütün tibbi personalı sosial və karantin qaydalarına tam əməl etməklə, xəstələrin qeydinə qalır onlara lazımı köməkliyi edirlər. Məhz Ağsu səhiyyəsinin, rayon rəhbərliyinin, Rayon polis şöbəsinin səyinin nəticəsidir ki, Ağsuda demək olarki, virusa yoluxma halı yoxdur.
Bayram və istirahət bilmədən Azərbaycan xalqının keşiyində duran şərəfli Azərbaycan həkimin qarşısında baş əyir, onlara bu çətin peşələrində uğurlar arzu edirik.

Hazırladı: Rüstəm Zaidoğlu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər