Türkiyədə karantin yenidən bərpa olundu

avq-07
11:04 2020
Türkiyədə karantin tədbirləri yenidən tətbiq edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, bu gün saat 09:30-dan etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 kənd daxil olmaqla ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir.

Bildirilib ki, bu karantin tədbirləri ölkə əhalisinin 54 min 53 nəfərini əhatə edir.

Açıqlamada, həmçinin qeyd olunub ki, ölkədə koronavirus epidemiyası zamanı bu günə qədər 68 əyalət, 5 rayon (3 rayon və 2 rayon mərkəzi), 24 şəhər, 354 kənd, 352 məhəllə və 53 yaşayış məntəqəsi daxil olmaqla ümumilikdə 788 yaşayış məntəqəsində 623 766 nəfərə karantin tətbiq edilib.

Xatırladaq ki, Türkiyədə karantin rejimi iyulun 1-dən etibarən ləğv olunmuşdu. Ölkədə karantin rejiminin ləğvinə qədər gündəlik yoluxma sayı 1000-dən aşağı düşsə də son günlər də bu göstərici yenidən 1000-i keçmişdi. Mütəxəssislər xüsusilə Qurban bayramı ərəfəsində yaşanan toplu yığışma hallarının yoluxma sayının daha da artmasına yol açacağını proqnozlaşdırır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər