Tramp “TikTok”la bağlı fərman imzaladı

avq-07
10:59 2020
ABŞ Prezidenti Donald Tramp "TikTok" və "WeChat" tətbiqləri ilə bağlı fərmanlar imzalayıb.

Bu barədə Ağ Ev açıqlama yayıb. Fərmana görə tətbiqetmələrin aid olduğu Çinin "Bytedance" və "Tencet" şirkətləri ilə hər hansı bir sazişə qadağa qoyulacaq. Fərmanlarda, "TikTok" və "WeChat" tətbiqlərinin ABŞ-ın milli təhlükəsizliyinə, iqtisadiyyatına və siyasətinə təhlükə törətdiyi qeyd olunub. Tətbiqlərdə istifadəçi məlumatları, o cümlədən məkan məlumatları və axtarış tarixi toplandığı bildirilib.

"Bu, potensial olaraq Çinə federal işçilərin və müqavilə işçilərinin yerini izləməyə, şantaj üçün şəxsi məlumatların saxlanılmasına və sənaye kəşfiyyatı aparmağa imkan verir",-deyə fərmanda qeyd olunub. Trump, tətbiqləri həmçinin senzurada günahlandırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti "Microsoft" və ya başqa bir Amerika şirkətinin 15 sentyabr tarixinədək "TikTok'u satın alınmalı olduğunu, əks təqdirdə tətbiqin ölkədə qadağan ediləcəyini bildirmişdi. "Microsoft" şirkəti isə tətbiqin alınması ilə bağlı danışıqlar apardığını açıqlamışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər