Türkiyədə mikroavtobus aşdı - 1 ölü, 25 yaralı

avq-07
10:50 2020
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda təsərrüfat işçilərini daşıyan avtobus aşıb.

“Hürriyet” xəbər verir ki, qəza avtobusun idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə avtobusun yol qırağına aşması ilə 26 nəfər xəsarət alıb. Yaralananlardan 1 nəfər- 15 yaşlı İbrahim Küçük xəstəxanada dünyasını dəyişib.

Qəza ilə əlaqədar başladılan istintaq zamanı mikroavtobus sürücüsü 19 yaşlı Ramazan Tayboğanın sürücülük vəsiqəsinin olmadığı məlum olub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər