Koronavirusun zəif yeri tapıldı

avq-07
09:35 2020
ABŞ-ın Kanzas Dövlət Universitetinin alimləri koronavirusa qarşı bir terapevtik vasitəni uğurla sınaqdan keçiriblər.

Bu barədə “Science Daily” elmi nəşrinin saytında məlumat verilib.

Məlum olub ki, 3CLpro olaraq bilinən 3C proteaza (proteaza – zülalları parçalayan ferment) SARS-CoV-2-nin inkişafında əsas fermentdir.

Alimlər tapılan proteaza inhibitorlarını MERS koronavirusuna yoluxmuş laboratoriya siçanları üzərində sınaqdan keçiriblər. Nəticədə, yoluxucu xəstəliyin zəif nöqtəsinə yönəlmiş terapevtik vasitə virusun yayılmasını dayandırıb.

Alimlərin fikrincə, dərmanlar dəsti yalnız MERS-in deyil, həm də insanlar arasında geniş yayılmış MERS-CoV və SARS-CoV-2 koronaviruslarının çoxalmasına mane olmağa imkan verir.

Mütəxəssislər dərmanların insanlarda təsirinin sınaqdan keçirilməsinin lazım olduğunu bildiriblər. /oxu.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər