Doğma rayonumuzu dünyaya tanıdan Ağsu dolaylarında son zamanlar yaranan səliqə səhman göz oxşayır

avq-06
12:02 2020
Qafqaz dağlarının cənub yamacı ilə uzanan, Ləngəbiz silsiləsinin ətəyində yerləşən Ağsu rayonunun füsunkar təbiəti var. Bir hissəsi dağlıq digər hissəsi aranda yerləşən Ağsunun bir tərəfində yağış yağanda digər tərəfində günəş çıxır. Bir tərəfində ağaclar çiçək açanda digər tərəfində meyvələr yetişmiş olur. Bu gözəlliyə malik olan rayonda aparılan adablıq quruculuq işləri rayonumuzun gözəlliyini daha da artırır. Ağsuya təyin olunduğu gündən şəffaf və sadə idarəçilik formasını seçən Ağsu rayon İcra Hakimiyyətinin Başçısı cənab Vahid Tağıyev şəxsən özü bütün görülən işlərə nəzarət edir. Doğma rayonumuzu dünyaya tanıdan Ağsu dolaylarında son zamanlar yaranan səliqə səhman göz oxşayır sadəcə.

Nizamsız və səliqəsiz tikilmiş restoranların yerində yeni modul tipli restoranların tikilməsi həm dolayların gözəlliyinə gözəllik qatır,
həm də gələn qonaqların səliqəli və rahat şəkildə dincəlməsinə şərait yaradır. İcra Başçısının bu gözəl təşəbbüsünü razılıqla qarşılayan restoran sahibləri, tikintidə dəstəyini əsirgəməyən dövlətimizdən xeyli razı olduqlarını bildirirlər. Bunlardan əlavə Ağsu rayonunda yerləşən ictimai iaşə obyektlərini bir bir gəzən Vahid Tağıyev antisanitariya, səliqəsiz şəraitdə işləyən restoran və kafe sahiblərinə öz iradını bildirmiş, həmin yerlərdə oturan insanların sağlamlığının qeydinə qalınması üçün obyektlərdə normal şəraitin qurulmasını tələb etmişdir. Məhz onun işlərinin bəhrəsidirki, bu gün Ağsuda yerləşən ictimai iaşə obyektləri daha səliqəli və təmiz şəkildə öz müştərilərinə xidmət edir. Həmçinin rayonumuzda səkilərin və yol kənarında olan hasarların görünüşünü yaxşılaşdırmaq üçün çoxsaylı işlər görülür. Daima sahibkarların yanında olan, onlara dəstək verən İcra Başçısı bir daha bütün ağsululara səslənir ki, imkanı çatan sahibkarlar gəlsin öz biznesini məhz Ağsuda qursunlar, sərmayəsini məhz Ağsuya yatırsınlar. Şəxsən özünündə həmin insanlara dəstəy olcağını vurğulayan hörmətli İcra Başçısı bu sayədə Ağsuda yeni iş yerlərinin açılacağını, bir çox insanların evlərinə çörək aparacağını hər çıxışında, sahibkarlarla görüşündə bildirir.
Ağsu İcra Hakimiyyəti Başçısı Vahid Tağıyevin son dönəmdə Ağsu Təhsil Şöbəsinə təyin etdiyi yeni müdir Aqil Həsənovun məhz Ağsu təhsili üçün düzgün kadr olduğunu, bütün Ağsu əhalisi tərəfindən dəstəkləndiyini bilirik. Yerli əhalinin yeni təyin olunmuş Aqil Həsənovun, Cabir Alcanovun, Xumarə Kərimovanın və digər gənc və prespektivli təhsil işçilərinin səyi nəticəsində Ağsu təhsilinin son sıralardan qurtulacağına böyük ümidləri var.
Bizdə öz növbəmizdə təyin olduğu qısa zamanda Ağsu rayonu üçün belə gözəl işlər görmüş Ağsu rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Vahid Tağıyevə bunda sonrakı,işlərində də uğurlar arzu edirik.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər