Beyrutda ard-arda güclü partlayışlar, ölənlər və yaralılar var - Video + Yenilənir

avq-04
21:03 2020
Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayış baş verib. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, partlayış paytaxtın yaşayış məhəllələrini silkələyib. Bəzi yaşayış evləri və ofislər zədələnib.

İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

“Al Hadath” telekanalı dəniz limanı ərazisinə raket zərbəsinin vurulduğunu istisna etmir. “Al Mayadeen” telekanalı bildirib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib.

***

“Al Arabiya” telekanalının xəbərinə görə, həmin ərazidə daha bir partlayış baş verib. Hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

“Sky News Arabia” bildirib ki, güclü partlayış nəticəsində azı bir nəfər həyatını itirib.

***

Güclü partlayışın baş verdiyi ərazidə azı 6 nəfərin cəsədi tapılıb. Bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

“Reuters” agentliyi isə xəbər verir ki, Beyrutdakı partlayış nəticəsində azı 10 nəfər ölüb.

***

“RİA Novosti”nin hadisə yerində olan müxbiri bildirib ki, partlayış nəticəsində yüzlərlə insan yaralanıb. Yaxınlıqdakı evlərin, eləcə də partlayış baş verdiyi yerdən bir neçə kilometr aralıqdakı evlərin şüşələri qırılıb.

Beyrutun təcili yardım xidməti könüllüləri yaralılar üçün qan verməyə çağırıb.



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər