Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTO

avq-03
10:34 2020
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.
Aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəmimatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.

Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibəti ilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.


Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTOHeydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTOHeydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTOHeydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTOHeydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTOHeydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər