“Dünya” İnformasiya Agentliyinin “Dia.az” xəbər saytında Ağsu rayonunun Ülgüc kənd sakini Əzizə Kazımovanın müraciəti ilə bağlı yayımlanmış məqaləyə T Ə K Z İ B

avq-01
11:37 2020
“Dia.az” xəbər saytının 29 iyul 2020-ci il tarixli, “Məndən çox Ağsu Rayon İcra Hakimiyyətinə gedən yoxdur” başlıqlı məqalədə Ağsu rayonunun Ülgüc kənd sakini Əzizə Kazımovanın 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evinə ziyan dəydiyini, lakin bununla bağlı müracətlərinə baxılmadığını və ona heç bir köməklik göstərilmədiyini bildirmişdir.
Məlumat üçün bildiririk ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələnin nəticəsinin aradan qaldırılması ilə əlaqədar dərhal Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ağsu rayonuna ezam olunmuş və ziyan dəymiş fərdi yaşayış evlərinə baxış keçirərək müvafiq rəylər vermişlər. FHN-nin müvafiq komissiyası tərəfindən 01.06.2019-cu il tarixdən zəlzələ nəticəsində ziyan dəymiş evlərə baxış keçirilməsi və onların qeydiyyata alınması dayandırılmışdır.
Vətəndaş Ə.Kazımova fərdi yaşayış evinə zəlzələ nəticəsində ziyan dəyməsi barədə göstərilən tarixdən sonra müraciət etdiyi üçün onun yaşadığı ev Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qeydə alınmamışdır.
Nəzərinizə çatdırırıq ki, Ə.Kazımovanın Ağsu Rayon İcra Hakimiyyətinin başçısına unvanladığı eyni məzmunlu rəsmi müraciətinə baxılmış və ona qanunamüvafiq cavab verilmişdir.
Əlavə olaraq bildiririk ki, vətəndaş Ə.Kazımovanın rayon icra hakimiyyətinin başçısı və əməkdaşları haqqında məqalədə bildirdiyi fikirlər həqiqətə uyğun deyil, eləcə də Ağsu RİH qarşısında tələbi əsassızdır.
Odur ki, Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.
Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər