Ceyhun Cəfərov: Dinamik inkişafın bütün sahələrdə davamlı təmin edilməsi dövlətimizin fəaliyyətində prioritet məsələdir

iy-30
13:52 2020
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov - Dinamik inkişafın bütün sahələrdə davamlı təmin edilməsi dövlətimizin fəaliyyətində prioritet məsələdir

Koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına, eləcə də ərzaq təhlükəsizliyinə mənfi təsirini göstərməkdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınaraq, insanların sağlamlığı qorunur.
Bu gün Azərbaycanda koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində ölkəmizdə makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və yüksəliş tempinə nail olunub.
Bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyata təsirlərinin azaldılması, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə önəmli tədbirlər həyata keçirilir. Pandemiyaya qarşı aparılan tədbirlərə görə Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasındadır. Beynəlxalq müstəvidə baş verən problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmaqla yanaşı, bütün infrastruktur layihələri də uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu isə ölkədə islahatların davamlılığından xəbər verir. Pandemiya dövründə bütün infrastruktur layihələri uğurla və ardıcıl şəkildə davam etdirilir.
Bu layihələrin uğurlu icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Bütün sahələrdə dinamik inkişafını təmin etmək üçün dövlət başçısı cənab İlham Əliyev böyük əzmkarlıq göstərir.

Əminik ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə postpandemiya dövründə bütün sahələrdə sürətli inkişafı təmin ediləcək, ölkəmiz heç kimdən asılı olmayacaq, insanların ərzaq məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödəniləcək. Azərbaycan pandemiya dövründə olduğu kimi, pandemiyadan sonrakı dövrdə də dünyanın ən qüdrətli dövlətlərindən biri olduğunu sübuta yetirəcək. Bu dövlətimizin siyasətidir.

************

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov - Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar ALLAHA yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların ALLAH dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər