Türkiyənin vitse-prezidenti Azərbaycanla təlimlərdən yazdı

iy-30
10:39 2020
Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkəmizdə Azərbaycanla Türkiyənin birgə keçirdiyi hərbi təlimlərlə bağlı fikrini bölüşüb.

Bu barədə tvitter hesabında yazan F. Oktay hər zaman Azərbaycanla birgə olduqlarını qeyd edib:

“Türk- Azərbaycan hava və quru qüvvələri Azərbaycanda genişmiqyaslı təlimlərə başlayıb. İstənilən vaxt və istənilən şəraitdə qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”.

Qeyd edək ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan başlayaraq avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.


Türkiyənin vitse-prezidenti Azərbaycanla təlimlərdən yazdı

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər