Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb — FOTOLAR

iy-30
09:45 2020
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Manhetten adasınının üzərində ingilis dilində böyük hərflərlə “Stop Armenian Occupation” (Erməni işğalını dayandır), “Karabakh is Azerbaijan! (Qarabağ Azərbaycandır) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.
Report” yerli bürosu xəbər verir ki, üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarənin daşıdığı şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Təyyarənin daha yaxşı göründüyü Nyu-Jersi şəhərinin “Liberty” parkında toplaşan həmvətənlərimiz əllərində bayraqlarla, alqışlarla və şüarlarla təyyarəni izləyiblər.

Təyyarə Manhetten adasında məşhur iş mərkəzləri “Empire Building”, “Business Center” olmaqla, dövlət üçün xüsusi əhəmiyyətli binaların və yaşayış yərlərinin önündən uçub.

Layihənin təşkilatçısı Elmar Bayramov “Report”a açıqlamasında deyib ki, iki həftə ərzində ermənilər tərəfindən “Airads” hava reklamları şirkətinə proyektin reallaşmaması üçün təzyiqlər göstərilib. Hətta şirkətə bunun üçün ermənilər tərəfindən əlavə vəsait də ödənilib. Lakin onların səyləri uğursuz olub.

Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb — FOTOLARNyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb — FOTOLARNyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb — FOTOLAR

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər