Pandemiya dövründə Həcc ziyarəti — FOTO

iy-30
08:41 2020
Səudiyyə Ərəbistanında müsəlmanların Həcc ziyarəti başlayıb.
Qafqazinfo xəbər verir ki, adətən, Həccə dünyanın hər yerindən bir neçə milyon insan gəlir, lakin koronavirus səbəbindən Səudiyyə Ərəbistanı hakimiyyəti xaricdən zəvvarların gəlməsini qadağan edib - yalnız Səudiyyə Ərəbistanı sakinləri və ya artıq ölkədə olan əcnəbilər Həcc ziyarətinə gedə bilərlər.

Hər bir müsəlman, əgər sağlamlığı və maddi vəziyyəti imkan verirsə, həyatında, heç olmasa, bir dəfə də olsun Həcc ziyarətinə getməlidir.

Həcc ziyarətinin illik gəlirləri təxminən 5-6 milyard dollar təşkil edir - Krallığın ÜDM-in 10%-ə qədər.

Zəvvarların sayına görə ən yüksək göstərici 2012-ci ildə qeydə alınıb - 3 milyondan çox insan. Bu il onların sayının 10 min nəfərə yaxın olacağı gözlənilir.

Məkkəyə getdikdə bütün zəvvarlar karantindən keçməlidirlər. Həcc ziyarətindən qayıtdıqdan sonra evdə də onları iki həftəlik karantin gözləyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 270 min koronavirusa yoluxma halı qeydə alınıb, təxminən üç min nəfər dünyasını dəyişib.

XIX əsrdə də Həcc ziyarəti epidemiyaların yayılması səbəbindən bir neçə dəfə ləğv edilib.

Pandemiya dövründə Həcc ziyarəti — FOTOPandemiya dövründə Həcc ziyarəti — FOTOPandemiya dövründə Həcc ziyarəti — FOTOPandemiya dövründə Həcc ziyarəti — FOTOPandemiya dövründə Həcc ziyarəti — FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər