Dünya müsəlmanları Məhəmməd peyğəmbərin mövlud gününü qeyd edir

dek-23
14:46 2015
Dünya müsəlmanları Məhəmməd peyğəmbərin mövlud gününü qeyd edir






















Bayram qəməri təqviminin üçüncü, Rəbbi əl-əvvəl ayının 12-ci gününə düşür

Dünyanın bir çox ölkələrində islam dininə etiqad edənlər Maulid ən-Nəbi – Məhəmməd peyğəmbərin mövlud gününü qeyd edirlər, Xeberci.info RİA Novosti-yə istinadən xəbər verir.

İslam ənənələrinə müvafiq olaraq, mövlud günü qəməri təqviminin üçüncü, Rəbbi əl-əvvəl ayının 12-ci gününə düşür. İslamın təməlini qoyan peyğəmbərin həm doğum, həm də ölüm günü bu aya təsadüf edir.

2015-ci ildə bu bayram iki dəfə qeyd edilib - yanvarın 3-ü və dekabrın 23-ü. Bu, müsəlmanlarda təqvimin qəməri təqvimi ilə (354 gün), dünyəvi il (365) günəş təqvimi ilə hesablanması ilə əlaqədardır.

“Bu, əlamətdar gündür. Belə ki, islam nöqteyi-nəzərindən bizim iki böyük ənənəvi bayramımız var – Qurban bayramı və Uraza bayramı. Peyğəmbər həyatdaykən yalnız bu iki bayramı qeyd edirdi. Məhəmməd peyğəmbərin ölümündən sonra onu xatırlayan insanlar bunu adət halına çevirdilər.

Belə ki, peyğəmbərin etdikləri bizim tərəfimizdən arzuolunan əməllərdir”, - RİA Novosti-yə Rusiya Müftilər Şurasının sədrinin yeni müavini, Moskva vilayəti müsəlmanlarının Ruhanilər idarəsinin rəhbəri Ruşan Abbyasov deyib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər