Müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim olunacaq

dek-22
13:08 2015
Müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim olunacaq
























Nazirlik məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, onlardan 10 rayon üzrə inşası başa çatmış 65 fərdi ev, habelə 3 şəhərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, eləcə də Tərtər rayonunda 54 mənzilli yaşayış binası cari ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.

Beləliklə, cari ilin ötən dövründə 175 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Müharibə əlilləri və şəhid ailələri üçün hazırda respublikanın bölgələrində 310 fərdi ev tikilir ki, onlardan 73 evin inşası artıq tam yekunlaşıb, qalan evlərin isə böyük əksəriyyətinin tikintisi tamamlanmaq üzrədir. Yaxın vaxtlarda Salyan, Sabirabad, Şabran, Siyəzən, Ağdaş, İmişli və digər rayonlarda yeni fərdi evlərin, habelə Bakı şəhərində hazır yaşayış binalarından alınmış mənzillərdən təmir işləri başa çatdırılmış 88 mənzilin müharibə əlilləri və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur.

Bu kateqoriyadan olan şəxslər üçün İmişli və Beyləqan rayonlarının hər birində bir 54 mənzilli, Şamaxı rayonunda isə bir 36 mənzilli yaşayış binasında tikinti işləri də artıq yekunlaşmaqda, Bakıda 96 mənzilli yaşayış binasının inşası isə davam etdirilməkdədir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər