“Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda Atakişiyeva Nadəgül Cəlal qızının müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B

iy-14
10:35 2020


Ağsu şəhəri, Ə.Kərim küçəsi, 2 saylı evdə yaşayan Nadəgül Atakişiyeva 10 iyul 2020-ci il tarixində “Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda yayımlanan müraciətində 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaşadığı fərdi yaşayış evinin ziyan çəkməsini video-görüntü vasitəsilə təqdim etmiş və evdə görülmüş təmir işlərindən narazı olduğunu, evin sökülüb yenidən tikilməsi istəyini bildirməklə bununla bağlı aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmədiyindən şikayətlənmişdir.
Nəzərinizə çatdırırq ki, cari ilin iyun ayında, eləcə də sonuncu dəfə 11.07.2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin və podratçı təşkilatın nümayəndələri tərəfindən N.Atakişiyevanın müraciətləri ilə əlaqədar onun yaşadığı evdə müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, 2019-cu ildə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən N.Atakişiyevanın yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və təmirə ehtiyacı olan ev kimi qeydə alınmışdır. FHN-nin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu tərəfindən evin təmiri üçün N.Atakişiyevanın oğlu, Atakişiyev Azad Araz oğlunun adına dolğun smeta sənədləri tərtib edilərək podratçı təşkilata göndərilmişdir.
Podratçı təşkilat tərəfindən N.Atakişiyevanın yaşadığı evin təmirinə başlanılmış, evin dam örtüyü yenisi ilə əvəz edilmiş, divarları suvanmış, elektrik naqilləri dəyişdirilmişdir. Vətəndaşın ailə vəziyyətinin çətinliyi və bu barədə müraciəti nəzərə alınaraq podratçı təşkilatın imkanları hesabına evdə smetadan kənar təmir işləri də görülmüşdür. N.Atakişiyeva heç bir əsaslı səbəb olmadan təmir işlərinin davam etdirilməsindən imtina etmiş, işləri yarımçıq saxlayaraq təqdim olunmuş smetaya zidd olaraq evinin sökülüb yenidən tikilməsini tələb etmişdir.
Baxış zamanı aydın olmuşdur ki, görülmüş təmir işləri tikinti norma və qaydalarına uyğun icra edilib. Araşdırmanın gedişi zamanı N.Atakişiyevanın yaşadığı evdə olmuş nümayəndələr tərəfindən ona təmir işlərinin davam etdirilməsinə imkan verməsi tövsiyə olunmuşdur. Lakin O, bu təkliflə razılaşmamış, yenə də evin sökülüb yenidən tikilməsi tələbini irəli sürmüşdür. Təmir üçün istifadə olunmuş tikinti materallarının sökülüb götürülməsini tələb etmiş və bu fikrindən dönməyəcəyini israrla bildirmişdir. Tərəfimizdən aparılmış bu araşdırmanın gedişini əks etdirən video-çəkiliş aparılmışdır ( Video-material Təkzibə əlavə olunur).
Qeyd edirik ki, zəlzələdən ziyan çəkmiş evlərə müvafiq rəy verilməsi Ağsu RİH-nin deyil, FHN-nin səlahiyyətlərinə daxildir. Bu evlər üçün smeta sənədləri FHN-nin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu tərəfindən hazırlanır. Odur ki, N.Atakişiyevanın Ağsu Rayon İcra Hakimiyyəti qarşısında tələbi əsassızdır.
Yuxarda qeyd olunan dəqiqləşmiş məlumatları nəzərə alaraq bu Təkzibin və ona əlavə olunmuş video-materialın saytınızda paylaşılmasını xahiş edirirk.

Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər