MN rəsmisi sualları cavabladı - Video

iy-13
14:27 2020
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib ki, sosial şəbəkələrdə müxtəlif dedi-qodular, söz- söhbətlər gedir: “Müxtəlif istiqamətlərdə guya hansısa əməliyyatların keçirilməsiylə bağlı əsassız məlumatlara yayılır. Bir daha xalqımıza, o cümlədən Kütləvi İnformasiya Vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm. Ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyi onlardan xahiş edirik. Dedi-qodu yayılması düşmən dəyirmanına su tökməkdir.

Təvəqqe edirik ki, ancaq rəsmi məlumatlara istinad etsinlər. Dünən sosial şəbəkədə bir qrup vətəndaşlarımız Azərbaycan ordusuna dəstək, Qarabağın azad olunmasıyla bağlı şüarlar səsləndirərək çağırışlar ediblər. Onlar Qarabağ uğrunda yekdilliklə ayağa qalxmağa çağırışlar ediblər. Vətənpərvərlik hissindən gələn bu çağırışları biz anlayırıq. Ancaq bildirmək istəyirik ki, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də sosial şəbəkələrdə bu cür söz-söhbətlərin yayılmasına ehtiyac yoxdur. Bu cür məlumatların yayılması düşmənin maraqlarına xidmət edir”.

Həmin videonu təqdim edirik:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər