Ağsu mərkəzi xəstəxanasında COVİD-19 infeksiyasının qarşısının alınması məqsədilə kompleks profilaktiki tədbirlər davam etdirilir

iy-09
11:00 2020
Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Xalqımızın koronavirus pandemiyasına qarşı apardığı mübarizədə, bu çətin günlərdə öz köməyini əsirgəməyən ağ xalatlı həkimlər bir daha sübut etdilər ki, tibb işçiləri cəmiyyətimizi, insanları qoruyan müqəddəs peşə sahibləridir.

Xeberci.info xəbər verir ki, Ağsu Mərkəzi Xəstəxanasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.

“Ağsu rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən "Evdə qal" kampaniyasına dəstək məqsədilə güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşların dərmanlarla ünvanlarında təmin olur. Xeberci.info olaraq, Ağsu rayon Mərkəzi Xəstəxanasında sorğu apardıq. Burada hər xəstəyə yüksək səviyyədə xidmət olunur və demək olar ki, xəstəxanaya daxil olan hər xəstə tezliklə sağalaraq, evlərinə göndərilir.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində yaxından iştirak edən Ağsu Rayon İcra Hakimiyyətinin könüllüləri aksiya çərçivəsində rayon sakinlərinə bukletlər paylayaraq onlara tibbi maskalardan mütəmadi olaraq istifadə etməyə və ünsiyyət zamanı 1,5 - 2 metr ara məsafəsini qorumağa çağırıblar. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə indiyə kimi görulən işlərin nəticəsidir ki, Ağsu rayonu COVİD-19 infeksiyasına yoluxma halı kəskin aşağı qeyd olunan rayonlardandır. Bu işlərdə rayon sakinlərinin də böyük rolu var.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər