Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirib

iy-09
10:49 2020
Xeberci.info xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı cənab Vahid Tağıyev inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə dövlət qulluqçularının xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Qeyd edib ki, bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalıdır.
RİH başçısı xüsusilə vurğulayıb ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Cənab İlham Əliyevin növbəti təşəbbüsü BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilməsi olmuşdur. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünü dünyanın 130-dan çox dövləti dəstəkləmişdir. Bu təşəbbüsü dünya dövlətlərinin dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Rayon İcra Hakimiyyətinin başçısı Ağsu rayonu ərazisində karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verib. Belə ki, bütün yaşayış məntəqələrində sanitar-epidemioloji normalara şərtsiz əməl olunmasını və yerli qurumların əməkdaşlarının iş prosesində zəruri qoruyucu mühafizə vasitələrindən istifadə etmələrini diqqətə çatdırmışdır. RİH başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi tapşırmışdır.
Videokonfransda inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri rəhbərlik etdikləri ərazilərdə kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin mütəmadi olaraq aparıldığını diqqətə çatdırıblar.
Bununla yanaşı, ötən müddət ərzində taxıl zəmilərinin mühafizəsi, biçilmiş sahələrin şumlanması, yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsi ilə bağlı fermer və torpaq mülkiyyətçiləri arasında geniş izahat işləri aparıldığını, yüksək gərginlikli elektrik verilişi xətlərinin altındakı əkin sahələrində şumlanması, yanğın hadisələrinin baş verməsinin qarşısını almaq, yanğın barədə operativ məlumatların verilməsini və yanğınların söndürülməsində yerli sakinlərin iştirakını təmin etmək üçün hər bir nümayəndəliyin ərazisində operativ qrupların yaradıldığını qeyd ediblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər