Tarixdə QİÇS-dən sağalan 3-cü insan

iy-08
09:28 2020
Elm adamları, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasının antiretrovirus dərmanlar və nikotinamidin (B3 vitamini) aqressiv birləşməsi ilə tam müalicə olma ehtimalının olduğunu bildirib.

"Qafqazinfo" "Science" nəşrinə istinadən xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindən olan 36 yaşlı pasiyentdə müalicə kursu nəticəsində viral hissəciklərin sayı sıfra enib və 2019-cu ilin mart ayında terapiyanın dayandırılmasından bu günə qədər qanında İİV aşkarlanmayıb.

Bununla yanaşı, pasiyentin qanında antikorların sayı da azalaraq limfa düyünlərində və bağırsaqlarda yoluxmuş hüceyrələrin olmamasını göstərən səviyyəyə enib. Mütəxəssislər bildirir ki, adətən antiretroviral dərmanlar qəbul edən və müalicəsini dayandıran insanların əksəriyyətində virus yükü bir neçə həftə ərzində yenidən artmağa başlayır.

Buna baxmayaraq, alimlər San-Pauludan olan xəstənin İİV-dən sağaldığını dəqiq bilmir. İndi alimlər virusun yoxluğunu tam təsdiqləmək üçün limfa düyünlərini və bağırsaq toxumalarını araşdırmalıdılar.

HİV-in məğlub edilməsi çox çətindir, çünki patogen, digər retroviruslar kimi, genetik materialını insan hüceyrələrinin DNT-sinə daxil etməklə gizlənir və bununla immunitet sistemindən yayına bilir .

Daha əvvəl antiretrovirus terapiyadan sonra bəzi sağalma xəbərlərinin vaxtından əvvəl alınmış qənaət olduğu məlum olub. Məsələn, Missisipi ştatında azyaşlı bir pasiyentin xəstəlikdən sağaldığı bildirilsə də, müalicə kursu dayandırıldıqdan iki il sonra pasiyentin bədənində virus yenidən ortaya çıxmışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər