Koronavirusun uşaqlar üçün yeni fəsadları aşkarlandı

iy-07
09:30 2020
Koronavirusa yoluxmuş uşaqlarda mərkəzi və periferik əsəb sistemləri ilə bağlı nevroloji fəsadlar meydana çıxır.

Report xəbər verir ki, belə bir nəticəyə Londonun məşhur Qreyt Ormond-strit Uşaq Xəstəxanasının mütəxəssisləri gəlib.

Həkimlər xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətini təhlil ediblər və bir çox pasiyentlərdə iltihablı sindrom aşkarlayıblar.

Belə fəssadların aşkarlandığı iyirmi yeddi pasiyentdən dördündə ensefalopatiya, baş ağrıları, beyin problemləri, əzələ zəifliyi və reflekslərin azalması müşahidə olunub.

Bundan başqa, beynin maqnit-rezonans tomoqrafiyası zamanı korpus kallosumun qalınlaşmasında dəyişikliklər də aşkarlanıb. Qeyd edilir ki, virusun digər fəsadları da mövcuddur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər