Bakının çıxışlarında sərt karantin rejiminin ilk gecəsi: Tıxac, xaos, tələskənlik, qəza... — VİDEOREPORTAJ

iy-04
11:28 2020
Sərt karantin rejiminin tətbiqinə saatlar qaldığı bir vaxtda, paytaxtın çıxış yolları yenə uzun avtomobil karvanına bürünüb. Kimi avtomobilinin pəncərələrini açıb özünü sərinlədir, kimisi də tələskənlik edərək qəza törədir.
Bu mənzərə izləyən hər kəsə tanışdır. Hər dəfə karantin rejiminin tətbiq olunduğu ilk gecədən etibarən belə görüntülər ortaya çıxır. Əksər insanlar qadağa xəbərini eşidər-eşitməz üz tutur Quba, Qusar və digər rayonlara.

Bunun nəticəsidir ki, artıq mövcud epdemiyanın yayıldığı rayon və şəhərlərin sayı da artıb. Buna görə də Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə qaydalar daha da sərtləşdirilib.

Yeni qəbul olunmuş qaydalara əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə Bakı metrosu da fəaliyyətini dayandıracaq. (baku.tv)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər