Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — RƏSMİ

iy-04
10:44 2020
“Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: “Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.

"Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdabda vəziyyət qənaətbəxşdir. Sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir", - TƏBİB sədri vurğulayıb. Axeber

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər