"Liverpul" 30 ildən sonra İngiltərə çempionu oldu

in-26
11:49 2020
"Liverpul" klubu 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qızıl medallarını təmin edib.
Qırmızılar" tarixdə 19-cu ölkə çempionluğuna sona 7 tur qalmış nail olub. Premyer Liqanın XXXI turunda ən yaxın izləyicisi "Mançester Siti"nin "Çelsi" ilə səfər matçında xal itirməsi 86 xala malik "Liverpul"u əlçatmaz edib. Londondakı "Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərin qələbəsi ilə yekunlaşıb.

Hesabı 37-ci dəqiqədə "Çelsi"nin futbolçusu Kristian Pulişiç açıb. 57-ci dəqiqədə qonaqlardan Kevin de Breyne bərabərlik qolunu vurub. Lakin 77-ci dəqiqədə Fernandinyo cərimə meydançası daxilində əllə oynayaraq, qırmızı vərəqə alıb və "Mançester Siti"ni azlıqda qoyub. Penaltini isə Villian dəqiq yerinə yetirərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Beləliklə, 63 xala malik "şəhərlilər"in qalan turlarda "Liverpul"la 23 xallıq fərqi aradan qaldırması riyazi cəhətdən də mümkünsüzləşib.

Qeyd edək ki, "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb. Yurgen Kloppun baş məşqçi olduğu komanda ötən mövsüm "Mançester Siti"dən cəmi 1 xal geri qalaraq, gümüş medalla kifayətlənmiş, bununla belə, Çempionlar Liqasının qalibi olmağı bacarmışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər