Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

in-24
22:08 2020


Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş bu ali təhsil müəssisəsi son illər tamamilə yenidən qurulur. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

Bildirilib ki, yeni tədris korpusunda aqronomluq, zootexniklik istiqaməti, ictimai elmlər və multikulturalizm kafedraları, interaktiv təlim-tədris otaqları fəaliyyət göstərəcək. Bu korpusun istifadəyə verilməsi bir də ona görə əlamətdardır ki, burada əlavə 93 nəfər üçün yeni iş yeri açılacaq.


Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEOPrezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər