Kürdəmir inkişaf yolundadır

iy-21
01:02 2014
Rayon İcra Hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2014-cü ilin birinci yarımilliyində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” rayon İcra Hakimiyyətinin Başçısı cənab Ceyhun Fərrux oğlu Cəfərovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Niyaz Əliyev, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədirləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində iqtisadiyyat 2,1 % artmış, ümumi daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sektorunda inkişaf 7,0 % olmuşdur. İnflyasiya cəmi 1,6% təşkil etmiş, əhalinin pul gəlirləri 4,7 % artaraq, inflyasiyanı 3 dəfə üstələmişdir. Hazırda ölkənin valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirmişdir ki, 2014-cü ilin 6 ayı ərzində 588 nəfər işlə təmin olunmuşdur ki, bundan 438 nəfəri daimi (o cümlədən 12-si yeni yaradılmış, 122-si mövcud müəssisə və təşkilatda, 304 nəfər fiziki), 150 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.2014-cü ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 0.4 faiz artaraq, 180224.2 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının 79.4 faizi məhsul istehsalı, 20.6 faizi isə xidmət sahələrində olmuşdur. 35837 hektarda əkilmiş taxıl sahələri 1.5 dəfə suvarılmış, 14 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 8 min hektarda ziyan-vericilərə qarşı, 6 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır. Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 130 ədəd kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə 33830 hektar sahənin taxılı biçilmişdir.Qeyd etmək lazımdır ki, cari mövsümdəki iqlim şəraiti taxıl istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur. Havaların uzun müddət quraq keçməsi nəticəsində bəzi sahələrdən olduqca az məhsul götürülmüşdür.Bununla belə rayonda 57,7 min ton taxıl istehsal olunmuşdur ki, bunun da 24 min tonunu buğda məhsulu təşkil edir. Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu il 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, ən müasir texnologiya ilə becərilməsi təşkil olunmuşdur.Toxum istehsalına daha diqqətlə yanaşılmış, 5 min tondan çox toxumluq dən ayrılmışdır.Bu il 13104 hektarda yonca, 1184 hektarda kartof, 2760 hektarda tərəvəz, 4027 hektarda bostan, 54 hektarda günəbaxan, 42 hektarda yerfındığı becərilir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, bütün yazlıq əkinlərdən ötən ildəkindən xeyli çox məhsul götürüləcəkdir. Kürdəmir “Aqrotexservis” filialının maddi-texniki bazası bir qədər yaxşılaşdırılmış, filial 100-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmlərlə təzhiz olunmuş, bu il 15 ədəd avropa istehsalı olan müasir kombaynlar alınmışdır.Aqrotexservis Mərkəzi tərəfindən istehsalçılara 300 tonadək güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır.Bundan əlavə 7 özəl aqrotexservis mərkəzində 130-dan çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fiziki və hüquqi şəxslər tərəfindən 120 traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin əsasən optimal müddətlərdə görülməsi mümkün olmuşdur.Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 63.5 min başa, qoyun keçilərin sayı 132.4 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0.6 %, süd istehsalı 0.7 %, yumurta istehsalı 2.5 faiz, yun istehsalı 1.6 % artmışdır.Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bu ilin birinci yarımilliyində rayondakı 10 nəfər süni mayalanma texnikləri tərəfindən 513 iri buynuzlu mal elit törədicilərin toxumları ilə süni mayalandırılmış, 309 başdan çox bala alınmışdır. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 260 başa çatdırılmış, daha 200 baş cins düyənin alınması üçün sifariş verilmişdir.Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.Hazırda rayondakı Süd Zavodunda 8 çeşiddən çox süd məhsulları emal edilir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır.
Bununla belə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, nasaz sayğacların vaxtında dəyişdirilməsi sahəsində nöqsanlar hələ də davam etməkdədir. Bu səbəblərdən də küləkli və yağmurlu havalarda elektrik enerjisinin fasiləsiz verilməsində problemlər yaranır ki, bu da əhalinin haqlı narazlığına səbəb olur. Bəzi hallarda sayğaclara müdaxilə edənlərə qarşı ciddi mübarizə aparılmır.Nasos stansiyalarına enerji verilişində çoxlu sayda lüzumsuz açılmalara yol verilir. Bu da nasosların sıradan çıxmasına , işə bərpa olunmasında çox böyük çətinliklər yaradır və suyun verilişində yaranan fasilələr əhali arasında ciddi narazılığa gətirib çıxarır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır.Şəhərin Heydər Əliyev və Bakı prospektlərində, “Heydər” parkında, Babək, M.P.Vaqif, X.İslamzadə, A.Əhməd, G.Orucova, M.Füzuli, Ə.Vahid, Xətai, M.F.Axundov küçələrində, “Bayraq Meydanı”nda, “Şəhidlər” xiyabanında xeyli abadlıq və yenidənqurma işləri davam etdirilmişdir.
Şəhərin Bakı prospektində yeni layihəyə əsasən 2472 metr məsafədə dekorativ hasar tikilmiş, ağlay və keramik plitələrlə üzləmə işi aparılır, 105 ədəd yeni müasir işıqlanma dirəyi quraşdırılmış, şəhərə giriş yollarının genişləndirilməsinə başlanılmışdır. Şəhər ərazisində 285 sahibkar obyekti klassik üslubda ağlay materialı ilə üzlənmişdir. Hündürlüyü 7 metr olacaq rayona Sığırlı kəndi ərazisindən giriş monumentinin tikilməsinə başlanılmışdır.Ərazisi 4.5 ha olacaq möhtəşəm “Bayraq meydanı”na 18500 m3 – dən çox torpaq daşınmışdır.Göstərilən ərazilərdə son 6 ay ərzində 292 m3 beton tökülmüş, 7312 m2 divar hörülmüş, 6220 m2 piyada yollarına beton tava döşənmiş, 13338 m2 ağlay, 3650 m2 keramik tava, 345 m2 qranit, 60 m2 mərmərlə üzləmə işləri aparılmış, 2180 p/m bardür düzülmüş, 18042 m2 asfalt vurulmuş, 21500 m3 torpaq daşınmışdır.Regionların sosial-iqtisadi inkişafı Proqramının davamı olaraq məktəbəqədər tədris müəssisələrinin təqdimat mərasimində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə rayon İcra Hakimiyyəti də qoşulmuş, şəhərə bitişik ərazilərdə 2 ədəd 2 mərtəbəli, 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılmışdır.
Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarımilliyində Yol İstismarı idarəsi “Azəryolservis” ASC-nin xətti ilə Respublika Əhəmiyyətli Bakı-Ələt-Qazax və Ağsu-Kürdəmir-Bəhrəmtəpə və yerli avtomobil yollarında 256 min manatlıq cari və orta təmir işləri görülmüş, fiziki göstəricisi 3 km olmaqla 18000 m2 iş görülmüşdür.
Bunlardan Bakı-Ələt-Qazax avtomobil yolunda 3 milyon 45 min manatlıq, Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda 87 min manatlıq, Sor-Sor, Muradxan, Yenikənd-Dəyirman, Qurd Bayram və Sığırlı-Ərəbqubalı kənd yollarında isə 134 min manatlıq, fiziki göstəricisi 3 km olmaqla 18000 m2 çınqıl və asfalt işləri görülmüşdürŞəhərdaxili küçələrdə fiziki göstəricisi 14997 m2 olmaqla 161.5 min manatlıq asfalt işləri görülmüşdür. Bunlardan G.Orucova küçəsində fiziki göstəricisi 2605 m2 olmaqla 39.646 manatlıq, S.Şıxəliyev küçəsində fiziki göstəricisi 1260 m2 olmaqla 20.487 manatlıq, Aşıq Əhməd küçəsində fiziki göstəricisi 2180 m2 olmaqla 32.875 manatlıq, Xətai küçəsində fiziki göstəricisi 1180 m2 olmaqla 18.042 manatlıq, Füzuli küçəsində fiziki göstəricisi 2050 m2 olmaqla 31.284 manatlıq, Ə.Vahid küçəsində fiziki göstəricisi 800 m2 olmaqla 12436 manatlıq, M.F.Axundov küçəsində fiziki göstəricisi 4500 m2 olmaqla 65000 manatlıq, şəhər mehmanxanasına giriş yolunda fiziki göstəricisi 422 m2 olmaqla 6733 manatlıq asfalt işləri görülmüşdür.
Məruzə ətrafında çıxış edən Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdürü İlyas Mahmudov, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının müdürü Füzuli Əzizov 2014-cü ilin birinci yarımillində rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışmışlar.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Niyaz Əliyev çıxış etmişdir.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şura iclasını yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2014-cü ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.



xeberci.info

R Zaid Oğlu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər