Bakıda dəhşət: Sərxoş sürücü ata ilə azyaşlı oğlunu vurub öldürdü – FOTO

dek-18
11:40 2015
Bakıda dəhşət: Sərxoş sürücü ata ilə azyaşlı oğlunu vurub öldürdü – FOTO


























Zərbənin təsirindən azyaşlı hərəkətdə olan avtobusa dəyib

Ötən gecə paytaxtın Suraxanı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xeberci.info APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsinin V massivində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "Niva" markalı avtomobil yolu keçmək istəyən ata ilə oğlunu vurub.

Zərbənin təsirindən azyaşlı hərəkətdə olan avtobusa dəyib. Qəza nəticəsində hər iki piyada İbrahim Xəlilov və azyaşlı oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Niva"nın yüksək sürətlə hərəkət etməsi və yolun qaranlıq olması səbəb olub.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Yoxlama zamanı "Niva"nın sürücüsünün sərxoş olması məlum olub. O, polis tərəfindən saxlanılıb.

Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər