Duzlaşmadan əziyyət çəkirsinizsə - OXUYUN

dek-15
16:34 2015
Duzlaşmadan əziyyət çəkirsinizsə - OXUYUN
























Avropa Təbiət Elmləri və Asiya Ayurvediya Assosasiyasının üzvü, dərman birtkiləri üzrə elmi işçi terapevt-fitoterapevt Elnur Rəhimov bu xəstəliklə bağlı fikirlərini Modern.az oxucuları ilə bölüşür

Hər yerinə duz yığılanların nəzərinə! Bizim orqanizm o qədər də bəsit qurluşa malik deyil ki qida yolu ilə aldığımız bütün duzlar gedib oynaqlara yığılsın. Yaxud da boyun, diz, kürək hərəkətləri edərkən oynaq qığırdaqlarının sürtünmə səsi də duzların səsi deyil. Çəkisi çox, az hərəkət edən, qeyri-rasional qidalanan və irsi oynaq xəstəlik meyilliyi olanlarda daha çox rast gəlinən bu problemin həlli yolu hər kəsin özündən asılıdır.

“Oynaqlarda duzların çökməsi” adlı anlayış tibdə mövcud deyil. Bu anlayışa xalq təbabətində daha çox rast gəlinir. Əslində oynaqlarda çöküntü şəklində görünən sümük artımlarıdır ki, bu da osteoartroz prosesi nəticəsində yaranan osteofitlərdir. Sadəcə osteofit anlayışı sırf tibbi termin olduğuna görə bu daha çox işlək ifadə olan “oynaqda duzlaşma” ilə əvəz edilmişdir. Yeganə sümüklərə duzların (uratların – sidik turşusu duzlarının) çökdüyü xəstəlik podaqradır.

İdman və ya aktiv həyat tərzi ilə “duzlaşmadan” duzlaşma olmadan qarşısını necə ala bilərik?

Dizdə duzlaşma olan xəstələr yürüyüşə çıxa bilər. Bu mövzuda bəzi həkimlər yürüyüşü qadağan etdiyi halda, bəziləri də məsləhət görür və xəstələr çaşbaş qalır. Burada ən önəmli xüsusiyyət ağrıdır.Yerimə əsnasında və sonrasında ağrı əmələ gətirməyən məsafələr qədər hər gün yeriyə bilərsiniz.Ağrınız olursa əsla inad etməyin.

Ağrı kriterayaları idman məşğuliyyəti üçün də keçərlidir. Məsələn, dizində duzlaşması olan xəstələr ağrı vermədiyi müddətcə tenis və qolf kimi idmanlarla məşğul olabilər. Əgər idmanla məşğul olmaq istəyirsinizsə və yürüyüş zamanı ağrılar buna əngəl törədirsə salon velosipedləri çox effektiv gimnastika alətidir. Salon velosipedini seçərkən klassik velosipeddən fərqli olaraq pedalı öndə olanını seçin. Bu velosiped daha yaşlı xəstələr üçün əlverişlidir və eyni zamanda bel problemləri əmələ gəlmə ehtimalını azaldır.

Fitoterapiyada müalicə

1. 50 qr sofora meyvələrinin və ya çiçəklərinin üzərinə 0.5 l araq əlavə edilib 1 ay müddətinə saxlanılır. Alınmış cövhərdən hər gün 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.

2. 20 qr at pıtrağı kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilir. Alınmış dəmləmədən gündə 3 dəfə 1 xörək qaşığı 3-4 həftə müddətinə daxilə qəbul edilir.

3. Xırdalanmış 1 kq tozağacı qabığı, 1 kq ağcaqovaq və 100 qr palıd qabığı qarışığı qaynadılır. Alınmış məhlul süzülüb gündə 3 dəfə 1/2 stəkan içilir.

4. 3-4 ədəd qırmızı milçəkqıran göbələyi xırdalanıb üzərinə 2-3 litr möhkəm qaynadılmış su əlavə edilir. Bir qədər soyuyan kimi ağrıyan oynaqlar buxara verilir. Alınmış dəmləmə ilə oynaqları kompres də eləmək olar.

5. İri kötüklü 1 ədəd kərəviz götürülüb ət maşınından keçirilib şirəsi çıxarılır. Alınmış şirə gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. Bu şirə ilə kompres də etmək olar.

6. Şüşə və ya emallı qabın 3/4-ü qədər qırmızı gəndalaşın giləmeyvələri əlavə edilib üzərinə araq tökülür. 1 həftədən sonra alınmış cövhər ilə axşamlar oynaqlar masaj və ya kompres edilir.

7. Ağ öksə otu un halına salınır, alınmış xammaldan 1 çay qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir, termosda dəmə qoyulur. Alınmış dəmləmə 2 xörək qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl kiçik qurtumlarla 3-4 ay ərzində içilir.

8. 100 qr tər yasəmən yarpaqlarının üzərinə 1 litr araq əlavə edilib qaranlıq yerdə 14 gün müddətinə saxlanılır. Alınmış cövhərdən 50 damcı gündə 3 dəfə qəbul edilir.

9. Qara turp yaxşıca yuyulub qabığı təmizlənmədən 15-30 dəqiqə müddətinə dezinfeksiyaedici kalium-permanqanat məhlulunda saxlanılır. Bundan sonra turp çıxarılıb axar su altında yuyulur. Daha sonra isə turp qabıqlı şəkildə sürtgəcdən keçirilib şirəsi çıxarılır. Alınmış şirə sərin yerdə saxlanılır. Gündə 3 dəfə hər dəfə 30 qr olmaqla (bu dozadan artıq olmaz!) daxilə qəbul edilir. Bu müddətdə 10 kq turpdan alınmış şirədən istifadə edilir. Şirəni qəbul edərkən rasiondan yağlı qidaları, əti, yumurtanı çıxarmaq lazımdır.

10. 300 qr qaynar suyun üzərinə 200 qr dəfnə yarpağı əlavə edilib 30 dəqiqə müddətinə qaynadılır. Alınmış dəmləmə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul edilir.

Ağrıları azaltmaq üçün xardal və ardıc yağı bərabər miqdarda götürülür və ağrıyan nahiyələrə istifadə edilir. Adətən ağrıkəsiciləri istifadə etməklə rahatlıq tapanlara tövsiyəm odur ki ağrını yaradan səbəbin qarşısını almaq lazımdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər