Avtobuslarda gediş haqqının artırılması ilə bağlı açıqlama

dek-15
16:32 2015
Avtobuslarda gediş haqqının artırılması ilə bağlı açıqlama
















Bayram günlərində Bakıdan rayonlara gedəcək avtobuslarda gediş haqqı biletlərinin qiymətini süni şəkildə artıracaq sürücülərə qarşı sərt tədbirlər görüləcək

Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, hər il bayram ərəfəsində olduğu kimi, Yeni ildə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki avtobuslara ciddi nəzarət olunacaq:

“Bəzi sürücülərin sərnişin sıxlığından istifadə edərək avtobuslara biletləri süni şəkildə artırmasının bir neçə dəfə şahidi olmuşuq. Ona görə də bu cür addımların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüləcək. Qiymətləri artıran sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə bir daha buraxılmayacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər