Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı

in-02
09:10 2020
Rusiyanın “Transmaşholding” QSC-nin tərkibindəki “Metrovaqonmaş” müəssisəsi Bakı Metropoliteni üçün (20 vaqondan ibarət) dörd metro qatarını yola salıb.
Bu barədə holdinqdən verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında imzalanmış və 2020-2023-cü illəri əhatə edən müqavilə 60 ədəd 81-765.4B/766.4B seriyalı vaqondan ibarət 12 qatarın istehsal və tədarük edilməsini nəzərdə tutur.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir. Həmçinin son vaqonlarda sağlamlıq imkanları məhdud sərnişinlər, uşaq arabaları və velosipedlər üçün xüsusi yerlər də nəzərdə tutulub.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı Metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, 2018-2019-cu illər ərzində də Rusiya şirkləti Bakı Metropoliteni üçün 81-765.B/766.B seriyalı 40 vaqondan ibarən 8 qatar tədarük edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər