Ağsu şəhər sakini Mirzəyev İlham Nizami oğlunun müraciəti əsasında “Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda yayımlanmış video-informasiya ilə əlaqədar TƏKZİB

in-01
10:47 2020
Ağsu şəhər sakini Mirzəyev İlham Nizami oğlu “Feysbuk” sosial şəbəkəsində təsis etdiyiniz “Ağsudan xəbər” informasiya blokunun 22 may 2020-ci il tarixli video-materialında çıxış edərək Ağsu rayonunda 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində evinin qəzalı vəziyyətə düşdüyünü bildirmiş və ziyanın aradan qaldırılmasına kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara etdiyi müraciətlərə baxılmadığından şikayətlənmişdir.
Məlumat üçün bildiririk ki, vətəndaş İ.Mirzəyevin yaşadığı Ağsu şəhəri, M.Bayramov küçəsi, ev 3 ünvanında planda ölçüləri 13,0 x 10,5 metr olan iki mərtəbəli inşaat norma və qaydalarına uyğun olaraq mükəmməl inşa edilmiş fərdi yaşayış evi və ona bitişik, yaşayış üçün yararsız vəziyyətdə olan köhnə, bir mərtəbəli, yardımçı tikili mövcuddur. Nəzərinizə çatdırırq ki, vətəndaş İ.Mirzəyev video-görüntünü həmin yardımçı tikilidə çəkdirmişdir.
Müraciətin araşdırılması məqsədi ilə tərəfimizdən aparılan söhbət zamanı İ.Mirzəyevin ailə üzvləri sözügedən köhnə, yardımçı binanı göstərərək guya orada 7 nəfər ailə üzüvünün birgə yaşadığını, iki mərtəbəli evin isə İlhamın anasına məxsus olduğunu bildiriblər.
Müvafiq sənədlərə baxış keçirilərkən müəyyən olunub ki, göstərilən ünvanda 0,04 ha torpaq sahəsində mövcud olan iki mərtəbəli fərdi yaşayış evi vətəndaş İ.Mirzəyevin adına rəsmləşdirilib. İ.Mirzəyev və ailə üzvləri həmin ünvanda qeydiyyatda olmaqla yaşayış üçün tam yararlı olan həmin iki mərtəbəli evdə 05 yanvar 2005-ci il tarixdən yaşayırlar.
Əlavə olaraq bildiririk ki, İ.Mirzəyev zəlzələ ilə əlaqədar 2019-cu ildə evinə baxış keçirmiş FHN-nin əməkdaşlarına sözügedən yararsız, atılmış yardımçı tikilini yaşadıqları ev kimi təqdim etmiş və həmin tikilinin təmirə ehtiyacı olan evlərin siyahısına daxil edilməsinə nail olmuşdur. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə tərəfimizdən FHN-nə məktub göndərilərək vətəndaş İ.Mirzəyevin yaşadığı ünvana yenidən baxış keçirilib müvafiq rəy verilməsi xahiş edilmişdir.
Odur ki, tərəfimizdən verilmiş bu Təkzibin “Ağsudan xəbər” informasiya blokunda yayımlamağınızı xahiş edirik.
Qeyd: İ.Mirzəyevin fərdi yaşayış evinin fotoşəkilləri təkzibə əlavə olunur.

Ağsu Rayon İcra Hakimiyyəti


Ağsu şəhər sakini Mirzəyev İlham Nizami oğlunun müraciəti əsasında  “Feysbuk”  sosial   şəbəkəsinin  “Ağsudan  xəbər”  informasiya blokunda  yayımlanmış  video-informasiya ilə əlaqədar TƏKZİB

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər