Əflatun Amaşovdan “Jurnalistlərin binası” ilə bağlı SENSASİON AÇIQLAMA — “Cəzalandırılmalıdır”

may-30
21:44 2020
Korrupsiya idarəsində dindirilən jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir. Onlar iddia edir ki, müraciətdə Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediklərini vurğulayıblar. Həmçinin jurnalistlərə verilən evlərin bir çoxunun məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilməsi qeyd olunub.
Məsələ ilə bağlı adı korrupsiya əməlində hallandırılan Mətbuat Şurasının sədri Əflatun Amaşov Criminal.az saytına açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmadığını deyir.

Şura sədrinin sözlərinə görə, əgər jurnalistrə hüquq-mühafizə orqanına müraciət ediblərsə, bu işin obyektiv araşdırlmasında maraqlıdır: "Jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki fondun yaranmasında, jurnalistlərə mənzillərin verilməsində mənim də təşəbbüsüm və rolum olub. Ona görə də, istəyirəm ki, araşdırma aparılsın, nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm. Müraciət edən edən jurnalistlərin bildikləri fakt varsa, ola bilsin korrupsiya idarəsində söyləyəcəklər. Nəticələr maraqlı olacaq".

Ə.Amaşov deyir ki, bu məsələdə kimlərin rolu varsa cəzalandırılmalıdır. Mənzil məsələsi dünyanın heç bir yerində olmayan təşəbbüsdür: "Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa, hüquqi qiymətini almalıdır".

Media işçilərinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb. pravda.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər