Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! – Video

may-29
10:44 2020
Aqnessa adlı erməni arxitektor İrəvan şəhərinin tarixi ilə bağlı mühüm etiraflar edib.

Bu barədə sosial şəbəkədə video paylaşılıb.

İrəvanın mərkəzi rayonlarından birinin icra hakimiyyətində arxitektor işləyən Aqnessa bildirib ki, tarixən bu şəhərdə ermənilər yaşamayıb, onlar sadəcə ticarət üçün bura gəliblər. Erməni arxitektor buna sübut kimi tarixi binaları göstərib.

O vurğulayıb ki, hətta Sovet Ermənistanı yarananda da bu şəhərdə çox az sayda erməni yaşayıb. Aqnessanın sözlərinə görə, Ermənistan SSR qurulduqdan sonra İrəvana Peterburqda oxuyan arxitektorlar göndərib. Onlardan biri – Aleksandr Tamanyan İrəvan şəhərinin müasir arxitekturasını qurub.

Qeyd edək ki, 1913-cü il siyahıyaalınmasına görə, həmin vaxt İrəvan əhalisinin 87 faizini azərbaycanlılar təşkil edirdi.

Azərbaycan şəhəri olan İrəvan və ümumilikdə İrəvan xanlığının ərazisi 1918-ci ildə AXC parlamenti tərəfindən ermənilərə dövlət qurmaq üçün verilib.

Bunun əvəzində ermənilər Zəngəzur mahalı və Dağlıq Qarabağa iddialarından geri çəkildiklərini rəsmi şəkildə elan etmişdilər. Amma Zəngəzur cəmi 2 ildən sonra – sovet hakimiyyəti vaxtı Azərbaycandan qoparılaraq, Ermənistana birləşdirildi. (kult.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər