İsrailin fələstinlilərlə bağlı böyük planı açıqlandı

may-29
10:23 2020
İordan vadisini birləşdirdikdən sonra bölgədə yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyəcək.

Bunu İsrail Baş naziri Benyamin Netanyahu ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, burada yaşayan fələstinlilər Fələstin vətəndaşı olmağa davam edəcək.

Baş nazir sağçıların Donald Trampın Orta Şərq sülh planının Fələstinə müstəqil dövlət seçmək hüququ verməsi ilə bağlı tənqidlərinə də toxunub. O deyib ki, Fələstin xalqı Qərbi Şəriyədə İsrailin nəzarətini qəbul etsələr, Trampın dövlət olaraq açıqladığı quruluşa sahib olacaqlar:

“Fələstinlilər Orta Şərq sülh planını qəbul etməsələr, çətin şərtlərə məruz qalacaqlar”.

B.Netanyahu eyni zamanda Qərbi Şəriyənin birləşdirilməsi halında Fələstin xalqının qəbul etməsi vacib olan şərtləri də açıqlayıb:

“İsrailin Qərbi Şəriyədə tamamilə nəzarəti ələ alması, Qüdsün tamamilə İsrailin nəzarətində olması, bir dənə də olsun fələstinli miqrantın geri qayıtmaması, yəhudi yaşayış məntəqələrinin boşadılmaması, Fələstin xalqının İsrailin bütün bölgə üzərində müstəqilliyini qəbul etməsi vacibdir. Əgər onlar bu şərtləri qəbul edərsə, özlərinə aid quruluşları olacaq”.

Baş nazir həmçinin qeyd edib ki, Qərbi Şəriyə ilə İordan vadisini birləşdirmək tarixi bir addım olacaq. (axar.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər