Ağsu şəhəri sakini Mayılov Amid Fazil oğlunun “YouTube” şəbəkəsinin “MUM Tv” kanalında yayımlanmış müraciətinə - TƏKZİB

may-27
12:11 2020
Sizin “YouTube” şəbəkəsində təsis etdiyiniz “MUM Tv” kanalında yayımlanmış video- informasiyada Ağsu şəhəri sakini Mayılov Amid Fazil oğlu çıxış edərək ailə vəziyyətinin çətin olmasından, dövlət tərəfindən imkansız şəxslərə verilən 190 manat maddi yardımı ala bilməməsindən və ona ərzaq yardımının verilməməsindən, yardımların paylanışının düzgün aparılmamasından, eləcə də işaxtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyatda
olmasına baxmayaraq, bu günə kimi işlə təmin edilmədiyindən şikayətlənmişdir.
Məlumat üçün bildiririk ki, A.Mayılov həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə anası Cəfərova Raya Cəfər qızının himayəsində yaşayır. R. Cəfərova Ağsu rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində xadimə işləyir. Vətəndaş A.Mayılov 01 iyul 2019-cu il tarixdə Ağsu rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmışdır. A.Mayılov qeydiyyat səbəbi bölümündə “işləyirəm və daha yüksək maaş üçün“ seçimini etmiş və müraciəti təsdiqlənmişdir. Onun “Kroşner” MMC-də 02.10.2019-cu il tarixədək işlədiyi vaxt əmək haqqı məbləği 400,0 manat olmuşdur. A.Mayılov evli olduğu halda özü haqqında şəxsi məlumatları təhrif etmiş və subay kimi qeydiyyatdan keçmişdir. O, qeydiyyata alındığı tarixdən hal-hazıra qədər Məşğulluq
Mərkəzinə müraciət etməmişdir 9 aprel 2020-ci il tarixdə A.Mayılovun həyat yoldaşı Mayılova Təranə Bəxtiyar qızı onlayn müraciət əsasında elektron qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdiyi zaman həyat yoldaşı və uşaqları bölümündə A.Mayılovu və uşaqlarını qeyd etmişdir. T.Mayılova
özünün Ağsu rayonunun Ağarx kəndində, həyat yoldaşı A.Mayılovun isə Ağsu şəhəri, T.İsmayılov küçəsi, ev 50 ünvanında qeydiyyatda olduğunu bildirmişdir. T.Mayılova mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması haqqında arayış təqdim etmədiyi üçün ona işsiz statusu verilməmişir. Əlavə olaraq bildiririk ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunamüvafiq qaydada həyata keçirilir. Vətəndaş tərəfindən elektron müracət edildiyi zaman şəxsi məlumatları düzgün daxil edilmədikdə və yaxud özü haqqında olan zəruri meyarlar mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədikdə birdəfəlik ödəmənin verilməsindən imtina olunur. Nəzərinizə çatdırırıq ki, A.Mayılovla eyni həyətyanı torpaq sahəsində ayrı ailə təsərrüfatına malik olan qardaşı - Mayılov Abbas Fazil oğluna ərzaq yardımı verilib.Ümumiyyətlə, COVİD-19 pandemiyası dövründə Ağsu rayonunda müxtəlif dövlət və özəl qurumlar tərəfindən tənha, yaşı 65-dən yuxarı şəxslərə və xüsusi karantin rejimi ilə əlaqədar ehtiyacı olan ailələrə ərzaq yardılmarının paylanılması şəffaflıq şəraitində və tam obyektiv
şəkildə həyata keçirilir. Rayonda ərzaq yardımlarının qeyri-qanuni, tərəfkeşlik prinsipi əsasında paylanılması ilə bağlı A.Mayılovun fikirləri əsassızdır, həqiqətə uyğun deyil, böhtan və qərəzli xarakter daşıyır. Bildiririk ki, təkzib Ağsu rayon Məşğulluq Mərkəzinin rayon İcra Hakimiyyətinə təqdim
etdiyi 25 may 2020-ci il tarixli, 20230303883 nömrəli məktuba və toplanmış digər məlumatlara əsasən hazırlanmışdır.
Odur ki, “Youtube” şəbəkəsində “MUM Tv” kanalında yayımladığınız video-infotmasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu təkzibin saytınızda dərc olunmasını xahiş edirik.
Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər