“Hokm.az” xəbər saytının “Kənd sakinləri etiraza qalxdı” başlıqlı məqaləsinə - T Ə K Z İ B

may-27
12:07 2020
“Hokm.az” xəbər saytının “Kənd sakinləri etiraza qalxdı” başlıqlı məqaləsində və əlavə olunmuş video-informasiyada Ağsu rayonunun Ləngəbiz kənd sakinlərinə qarşı haqsızlığa yol verildiyi, sahibkara məxsus qoyun sürüsünün onların əkin sahəsini tapdaladığı, qanunsuz olaraq Ləngəbiz bələdiyyəsinə məxsus ərazidə otarılması və kənd sakinlərinə qarşı polis zorakılığının olduğu qeyd edilmişdir.
Məlumat üçün bildiririk ki, Ağsu rayonu Ləngəbiz bələdiyyəsinin 02 fevral 2005-ci il tarixli 03 saylı qərarı ilə 200.0 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün Ağsu rayon sakini Niftalıyev Səxavət Surxay oğluna uzun müddətli icarəyə verilmişdir. İcarəçi Səxavət Niftalıyevlə Alxan Paşayev arasında 07 aprel 2020-ci il tarixdə subicarə müqaviləsi bağlanaraq A. Paşayevə məxsus qoyun sürüsünün 20 günlük otarılmasına icazə verilmişdir.
A. Paşayev 17 aprel 2020-ci il tarixdə saat 18.00 radələrində qoyun sürüsünü həmin əraziyə apararkən bir qrup kənd sakini təşkil olunmuş formada xüsusi karantin rejiminin tələblərini pozaraq, qarşısına çıxaraq etirazlarını bildirmişlər. İcra nümayəndəsi və bələdiyyə sədri tərəfindən etirazçılara bu sahənin kənddən 10-12 km uzaqlıqda olması, bağlanılmış müqavilə əsasında icarədə olan torpağa aparılması bildirilsə də nəticəsi olmamışdır. İcra nümayəndəliyi tərəfindən rayon Polis şöbəsinə verilmiş məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşları kənd sakinləri ilə bir daha
izahatedici söhbətlər aparmışlar. Vətəndaşlara qanun çərçivəsində hərəkət etmələri xahiş edilmiş və bunun da nəticəsi olmamışdır. Odur ki, polisin əmrinə tabe olmama və xüsusi karantin rejimi qaydalarını pozma ilə bağlı 16 nəfər kənd sakini rayon Polis şöbəsinə gətirilmişdir. Araşdırma materiallarında onlar verdikləri izahatlarında səhv etdiklərini etiraf etmişlər. Nəticədə hadisənin təşkilatçılarından 5 nəfərinə məhkəmənin müvafiq qərarı ilə 10 sutka həbs qəti imkan tədbiri seçilmiş, 11 nəfəri isə inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə edilmişdir.
Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.
Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər