“Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov

may-25
14:31 2020
“İşğalçı Ermənistanın Şuşada təşkil etdiyi “inaqurasiya” oyunu daxili ictimai rəyə hesablanmış uğursuz addım idi. Bu təxribat beynəlxlaq səviyyədə heç bir rezonans doğurmadı. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “prezident seçkisi” əvvəldən də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və birmənalı şəkildə rədd olunub”.

Bu sözləri açıqlamasında Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov söyləyib.

A.Məmmədov bildirib ki, “inaqurasiya”nın Şuşada keçirilməsi həm də Azərbaycan xalqının hissiyatı ilə oynamağa yönəlmişdi: “Azərbaycan xalqı və dövləti birmənalı bəyan edib ki, Şuşasız Azərbaycan yoxdur. Bu dəyişməz mövqeni yaxşı bilən ermənilər təxribatı Şuşada həyata keçirməklə xalqımızın əsəblərini tarıma çəkmək istədilər. Amma, bu cəhd əks effekt verdi. Azərbaycan xalqı və dövləti son günlərdə sərgilədiyi mövqe ilə nə Şuşanı, nə də işğal olunmuş digər rayonlarımızı heç zaman güzəşt etməyəcəyini birmənalı şəkildə ortaya qoydu. Bu təxribat eyni zamanda danışıqlar prosesini pozmağa yönəlib”.

Millət vəkilinin sözlərinə görə işğalçı Ermənistanın daxildə əhalinin diqqətini ağır sosial-iqtisadi böhrandan yayındırmaq üçün bu cür militarist addımlara əl atır: “Son aylarda pandemiya ilə bağlı yaranmış durum Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Təsəvvür edin, əhalisi Azərbaycan əhalisindən 3-4 dəfə az olan Ermənistanda hər gün koronavirusa yoluxanların sayı günü-gündən artır. Çünki, işğalçı ölkədə əhalinin tibbi müdafiəsi ilə bağlı hər hansı ciddi infrastruktur, sosial proqramlar yoxdur. Belə bir vaxtda Şuşada “inaqurasiya” səhnəsi quraşdırmaqla, erməni xalqının diqqətini sosial-iqtisadi böhrandan yayındırmaq cəhdi nəticə verməyəcək”.

A.Məmmədov bildirib ki, Azərbaycan xalqı Şuşanı və işğal altındakı bütün ərazilərimizi azad etməyə hər an hazırdır: “Son günlərdə Azərbaycan xalqının sərt təpkisi, bununla eyni vaxtda ordumuzun keçirdiyi təlimlər göstərdi ki, xalq-dövlət birliyi torpaqlarımızın azadlığının təminatıdır. Yaranan ilk tarixi fürsətdə Ali Baş Komandanın əmri ilə Ordumuz xalqın dəstəyi ilə torpaqlarımızı azad edəcək”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər