TƏKZİB

may-22
22:17 2020
Sizin “Youtube” şəbəkəsində təsis etdiyiniz “Xural TV” kanalında 22.05.2020-ci il tarixdə yayımlanmış video-informasiyada Ağsu şəhəri sakini Babayev Vasif Vaqif oğlu çıxış edərək su maşınının əlindən alındığı və işdən qanunsuz çıxarılmasından şikayətlənməklə əvvəlki iş yerinə bərpa olunmasına kömək göstərilməsini xahiş etmişdir.

Məlumat üçün bildiririk ki, Vasif Babayev rayon “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin 05 yanvar 2017-ci il tarixli, 01 saylı əmri ilə sürücü kimi işə qəbul edilmiş, rayon Kommunal Müəssisələri Kombinatının balansında olan 06-AC-199 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı təzə sudaşıyan avtomobil ona təhvil verilmişdir. İşlədiyi müddətdə işə istəyinə uyğun davam etmiş, avtomobildən daha çox öz xeyrinə, şəxsi məqsədləri üçün istifadə edərək nasaz vəziyyətdə saxlamışdır. İşlədiyi müəssisənin rəhbərliyi tərəfindən dəfələrlə onunla aparılan izahedici söhbətlərdən nəticə çıxarmamışdır.

Sonuncu dəfə V.Babayev subordinasiya gözləmədən birbaşa RİH başçısının qəbulunda olmuş, müəyyən tələblər irəli sürmüşdür. İzah olunmuşdur ki, məsələ ilə bağlı ilkin olaraq MMC-nin rəhbərliyinə müraciət etməlidir.

Bundan sonra müəssisənin rəhbərliyi bir daha onunla söhbət aparmış, ona tapşırılan işlərdə məsuliyyətli olmağı, şəhər ərazisində olan yaşıllıq sahələrinin suvarılması ilə bağlı müəyyən olunmuş müddətdə işə çıxmasını, istifadəsində olan avtomobilə vaxtlı-vaxtında texniki qulluq göstərməyi bildirmişdir. Lakin, V.Babayev tələblərlə razılaşmayaraq ərizəsini təqdim etmişdir. Bu əsasla o, rayon “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin 28 yanvar 2020-ci il tarixli, 02 saylı əmri ilə işdən azad olunmuşdur. Odur ki, Vasif Babayevin verdiyi məlumatlar və tələbi əsassızdır.

Nəzərinizə çatdırırıq ki, V.Babayev 08.04.2020-ci il tarixdə “Xural TV”-də yayımlanmış məlumatında da eyni məzmunlu müraciət etmişdir. Bununla bağlı tərəfimizdən Sizə ünvanlanmış təkzib saytınızda yayımlanmışdır.

Bunları nəzərə alaraq “Youtube” şəbəkəsində “Xural TV” kanalında yayımladığınız 22.05.2020-ci il tarixli video-infotmasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu təkzibin də saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər